Ağdamda piyadanı vuran sürücü hadisə yerindən yayınıb

Ağdamda piyadanı vuran sürücü hadisə yerindən yayınıb

Ağdamda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.

Yolu keçmək istəyən rayon sakini, 1985-ci il təvəllüdlü Əliyev Səxavət Yafət oğlunu avtomobil vurub.

Qəzanı törədən sürücü hadisə yerindən yayınıb.

Faktla bağlı araşdırma aparılır.