Sumqayıtda zəncirvari yol qəzası olub, yaralılar var

Sumqayıtda zəncirvari yol qəzası olub, yaralılar var

Sumqayıtda bir neçə avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi iki nəfərin xəsarət alması ilə nəticələnib.

"Report" un yerli bürosu xəbər verir ki, şəhərin hadisə Niyazi küçəsində qeydə alınıb.

“PAZ” markalı avtobusla "Opel" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində "Hyundai" markalı avtomobilin sürücüsü 1992-ci il təvəllüdlü Tağıyev Ruslan, sərnişin 1985-ci il təvəllüdlü Verdiyev Vüqar xəsarət alıblar.

Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib, vəziyyətləri stabildir.

Faktla bağlı araşdırma aparılır.