Peter Siyarto sabah Türkiyəyə səfər edəcək

Peter Siyarto sabah Türkiyəyə səfər edəcək

Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto sabah Türkiyəyə səfər edəcək.

Birxeber.Az-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN məlumat yayıb.

Qeyd olunub ki, səfər çərçivəsində Türkiyə-Macarıstan İqtisadiyyat və Ticarət Birgə Komitəsinin ilk iclası keçiriləcək.

Bundan əlavə, görüşlər zamanı Türkiyə ilə Macarıstan arasında “gücləndirilmiş strateji tərəfdaşlıq” çərçivəsində ikitərəfli münasibətlərin, Türkiyə-Aİ münasibətlərinin və cari regional hadisələrin müzakirə olunması nəzərdə tutulur.