Cəlilabadda kartof sahələri yarıya qədər azaldılıb 

Cəlilabadda kartof sahələri yarıya qədər azaldılıb 

Cəlilabad rayonunda bu mövsüm yazlıq əkinlər üzrə kartof sahələri xeyli azaldılıb.

"Report"un Muğan bürosunun məlumatına görə, hər il fevral ayına qədər örtük altı və açıq sahələrdə 6 min hektara yaxın əkin aparılan kartof sahələri bu il təxminən 3 min hektara endirilib.

Fermerlərin sözlərinə görə, buna səbəb istehsalçıların son illər məhsulun tədarükü ilə bağlı qarşılaşdığı problemlərdir. Belə ki, ötən il məhsul 20-25 qəpiyə satılıb. Bu qiymətdə çəkilən xərcləri ödəmir. Eyni zamanda fermerlər ötən il daşınma xərci baha olduğu üçün Rusiya bazarlarına da məhsul göndərə bilmədiklərini deyirlər.

Qeyd edək ki, ötən il rayon ərazisində 160 min ton məhsul istehsal olunub.