Mahmud Abbas HƏMAS-ı İsraillə mümkün qədər tez razılaşmağa çağırıb

Mahmud Abbas HƏMAS-ı İsraillə mümkün qədər tez razılaşmağa çağırıb

Fələstin Prezidenti Mahmud Abbas HƏMAS-ı Qəzza zolağında vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün İsraillə tezliklə girov və əsirlərin mübadiləsinə dair razılığa gəlməyə çağırıb.

Bu barədə “Report” Fələstin KİV-ə istinadən xəbər verir.

“HƏMAS-ı Fələstin xalqını fəlakətdən xilas etmək və İsrailin Rəfah şəhərini işğal etməsinə imkan verməmək üçün məhbus mübadiləsi sazişini qısa zamanda tamamlamağa çağırırıq”, - M.Abbas deyib.

O, həmçinin ABŞ administrasiyasını və ərəb ölkələrini anlaşmanın mümkün qədər tez əldə olunması üzərində və Fələstin xalqının dağıdıcı müharibənin bəlasından qorunmasını təmin edəcək şəkildə ciddi işləməyə çağırıb.