Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

APA xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Sizi Azərbaycan Respublikasının Prezidenti seçkilərində qələbə münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Bu qələbə əhalinin rifahının yüksəlməsinə, sosial təminatının gücləndirilməsinə, eləcə də bir çox digər önəmli məsələlərə istiqamətlənən islahat proqramlarınızın xalq tərəfindən dəstəklənməsinin kulminasiya nöqtəsidir. Siz dövlət başçısı vəzifəsində nəhəng işlər görmüsünüz və Azərbaycan xalqının firavanlığı naminə fəaliyyətinizi davam etdirirsiniz.

Mənim Sizə və Sizin ölkənizə xüsusi münasibətimin olduğunu bilirsiniz. Dostluğumuzu və qarşılıqlı etimadımızı yüksək dəyərləndirirəm.

Əziz İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, hər zaman ruh yüksəkliyi və qardaş Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Ölkənizin ərazi bütövlüyünü bərpa etməklə Siz atanız Heydər Əliyevin arzusunu yerinə yetirdiniz, eyni zamanda xalqın qəhrəmanına çevrildiniz".