Milli məkan məlumatlarının təsdiqi ilə bağlı monitorinq keçirilməsi Qaydası müəyyənləşib

Milli məkan məlumatlarının təsdiqi ilə bağlı monitorinq keçirilməsi Qaydası müəyyənləşib

Milli məkan məlumatlarının aero, peyk və ya digər vasitələrlə təsdiq edilməsi ilə bağlı monitorinq keçirilməsi Qaydası təsdiq edilib.

Birxeber.Az xəbər verir ki, bununla bağlı Baş nazir vəzifəsini icra edən Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

-Milli məkan məlumatlarının aero, peyk və ya digər vasitələrlə təsdiq edilməsi ilə bağlı monitorinq keçirilməsi Qaydası”na uyğun olaraq milli məkan məlumatlarının monitorinqini aparmalı;
-milli məkan məlumatlarının monitorinqinin aparılması prosesində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kosmik peyk vasitəsilə təqdim etdiyi “Yerin məsafədən müşahidəsi xidmətləri”ndən istifadə etməlidir.