“Baku TV” daha bir kabel televiziyasında yayıma başlayıb

“Baku TV” daha bir kabel televiziyasında yayıma başlayıb

“Baku TV” daha bir kabel televiziyasında yayıma başlayıb.

“Report” xəbər verir ki, abunəçilər “Baku TV”ni “Ailə TV”nin rəqəmsal yayımında 17-ci, analoq yayımında 31-ci, IPTV paketində isə 8-ci kanalda izləyə bilərlər.

Qeyd edək ki, Baku TV həm də "Aztelekom" və "Baktelecom"un rəqəmsal platforması olan “Tvin TV”nin informasiya bölümünün 10-cu kanalında, “Megogo”nun xəbərlər bölümündə, KATV1-də 23-cü (Analoq yayım: 18-ci kanal), “Connect”də 2-ci, “CityNet”də 10-cu, “Ailə TV”də 17-ci (Analoq yayım: 31, IPTV paketi: 8) kanalında yayımlanır.

“Azerspace”də yayımlanan “Baku TV”nin frekans məlumatları isə belədir:

“Azerspace 1@46°E” (Asiya), “Frequency”: 11135, “Symbol Rate”: 30000, “Polarization”: H

“Azerspace” 1@46°E (Avropa), “Frequency”: 11095, “Symbol Rate”: 30000, “Polarization”: H