Müslüm Maqomayevin anım günüdür

Müslüm Maqomayevin anım günüdür
13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

Bu gün Azərbaycanın görkəmli opera və estrada müğənnisi (bariton), bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin anım günüdür.

Birxeber xəbər verir ki, Müslüm Məhəmməd oğlu Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub. İlk dəfə 14 yaşında dənizçilər klubunda çıxış edib.

19 yaşında Helsinkidə gənclər festivalında, 1963-cü ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində uğurlu çıxışları ilə şöhrət qazanmağa başlayıb.

1975-ci ildə “Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri”nin bədii rəhbəri təyin edilib.

1970-ci illərdən həyatını estrada ilə bağlayıb və populyarlıq qazanıb.

Azərbaycan Ali Sovetinin deputatı olub, bir sıra orden və medallarla təltif edilib.

O, ilk rəsmi uğurunu 1962-ci ildə qazanır. Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən VIII Ümumdünya Festivalına göndərilən Müslüm Bakıya medalla qayıdır.

1971-ci ildə haqqında “Oxuyur Müslüm Maqomayev” adlı film-konsert çəkilib. İllərlə dinləyicilərin sevgisini qorumağı bacarmış Müslüm Maqomayev SSRİ Qırmızı Əmək Bayrağı və Xalqlar Dostluğu ordenləri ilə təltif edilib, SSRİ-nin Xalq artisti adını qazanıb.

Dünya şöhrətli müğənni Müslüm Maqomayev 2008-ci il oktyabr 25-də vəfat edib və Bakıda Birinci Fəxri Xiyabanda dəfn olunub.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 2012-ci il 11 may tarixli Sərəncamına əsasən görkəmli müğənni və bəstəkar Müslüm Maqomayevin 70 illik yubileyi dövlət səviyyəsində qeyd edilib.

Birxeber
Sosial Sosial
Fulya Öztürkün də qatıldığı azərbaycanlı aparıcının toyundan GÖRÜNTÜLƏR - VİDEO

Fulya Öztürkün də qatıldığı azərbaycanlı aparıcının toyundan GÖRÜNTÜLƏR - VİDEO

Sosial Sosial
Ucuz ev almaq istəyənlərin NƏZƏRİNƏ: Bu tarixdə... - VİDEO

Ucuz ev almaq istəyənlərin NƏZƏRİNƏ: Bu tarixdə... - VİDEO

Sosial Sosial
Erməni təxribatı nəticəsində yaralanan mülki şəxs: "Yaxınlığımıza top mərmisi düşdü”

Erməni təxribatı nəticəsində yaralanan mülki şəxs: "Yaxınlığımıza top mərmisi düşdü”

Sosial Sosial
Bakıda Formula 1-ə görə bu yollar bağlı olacaq

Bakıda Formula 1-ə görə bu yollar bağlı olacaq

Sosial Sosial
Sərnişilərin NƏZƏRİNƏ! Metroda qatarların hərəkət qrafiki dəyişdirildi

Sərnişilərin NƏZƏRİNƏ! Metroda qatarların hərəkət qrafiki dəyişdirildi

Sosial Sosial
Günə 10-15 manat qazanmaq istəyən moped sürücüsü: "Vaxtında çatmayanda sifarişi ləğv edirlər" - VİDEO

Günə 10-15 manat qazanmaq istəyən moped sürücüsü: "Vaxtında çatmayanda sifarişi ləğv edirlər" - VİDEO

Sosial Sosial
Bakıda Zərifə xanımın xatirəsi anıldı - FOTO

Bakıda Zərifə xanımın xatirəsi anıldı - FOTO

Sosial Sosial
TƏBİB tibb müəssisələrində çalışan şəxslər üçün təlimlərə başlayıb - FOTO

TƏBİB tibb müəssisələrində çalışan şəxslər üçün təlimlərə başlayıb - FOTO

Sosial Sosial
BNA: 142 avtobusun hərəkət intervalında gecikmələr var

BNA: 142 avtobusun hərəkət intervalında gecikmələr var

Sosial Sosial
Güzəştli şərtlərlə mənzil almaq istəyənlərin NƏZƏRİNƏ!

Güzəştli şərtlərlə mənzil almaq istəyənlərin NƏZƏRİNƏ!

Sosial Sosial
Eldar Əzizov sakinlərin müraciəti ilə bağlı tapşırıqlar verdi - FOTO

Eldar Əzizov sakinlərin müraciəti ilə bağlı tapşırıqlar verdi - FOTO

Sosial Sosial
Deputat: “Vətənpərvərliyi gücləndirən amillərdən biri idman uğurlarımızdır”

Deputat: “Vətənpərvərliyi gücləndirən amillərdən biri idman uğurlarımızdır”