Dəmir yolu ilə sərnişindaşımaları 30% artıb

Dəmir yolu ilə sərnişindaşımaları 30% artıb

Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2024-cü ilin yanvar ayında 1,4 mln. ton yük, 622,6 min sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 2023-cü ilin yanvar ayı ilə müqayisədə yük daşınmasında 7% azalma, sərnişin daşınmasında isə 30,1% artım müşahidə olunub.

“Orta hesabla sutkada 326 vaqon yüklənmiş, 366 vaqon isə boşaldılıb”, - məlumatda qeyd olunur.

Məlumata görə, sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 14,7 min ton, Qərb istiqaməti üzrə 2,9 min ton, Cənub istiqaməti üzrə isə 0,5 min ton yüklənmə işi yerinə yetirilib.