Azərbaycanda dəniz nəqliyyatı ilə daşınan yüklərin 52%-i neftin payına düşüb

Azərbaycanda dəniz nəqliyyatı ilə daşınan yüklərin 52%-i neftin payına düşüb

Azərbaycanda dəniz nəqliyyatı ilə 2024-cü ilin yanvar ayında daşınmış yüklərin həcmi 628,1 min ton təşkil etmiş və əvvəlki ilin yanvar ayına nisbətən 11,2% artıb.

Dövlət Statistika Komitəsindən “Birxeber.Az-Economics”ə verilən məlumata görə, hesabat dövründə daşınmış yüklərin 52,3 faizini neft yükləri təşkil edib.

Məlumata görə, dəniz limanları tərəfindən 1006,9 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilmiş və yüklərin 813,5 min tonunu və ya 80,8 faizini tranzit yüklər təşkil edib. 2024-cü il fevral ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 69,7 min ton olub.

Qeyd olunur ki, dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2023-cü ilin yanvar ayına nisbətən 11,8% artaraq 1,9 min nəfər olub.