Bakıxanov qəsəbəsində 2 mərtəbəli obyektdə yanğın olub - VİDEO - YENİLƏNİB

Bakıxanov qəsəbəsində 2 mərtəbəli obyektdə yanğın olub - VİDEO - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindənAPA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının hər mərtəbəsi 80 m² olan ikimərtəbəli obyektdə baş verdiyi müəyyən edilib.

FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində obyektdə baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 1-ci mərtəbədə yerləşən avtoyuma məntəqəsinin yanar konstruksiyaları 40 kv.m. sahədə qismən, 2-ci mərtəbədə fəaliyyət göstərən çay evinin yanar konstruksiyaları 80 kv.m. sahədə yanıb.

Obyektin qalan hissəsi və yaxınlıqda yerləşən yaşayış binası yanğından mühafizə olunub.

***

16.55

Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yanğın olub.

APA xəbər verir ki, yanğın 2 mərtəbəli, ümumi sahəsi 160 kvadratmetr olan obyektdə qeydə alınıb.

Birinci mərtəbəsində avtoyuma məntəqəsi, ikinci mərtəbəsində çay evi fəaliyyət göstərən obyektdə baş verən yanğınla bağlı hadisə yerinə FHN-in yanğından mühafizə bölmələrinin yanğınsöndürənləri cəlb olunub.

Yanğın söndürülüb.