SOCAR-ın Vətən müharibəsi iştirakçısı olmuş əməkdaşları Şuşaya səfər edib

SOCAR-ın Vətən müharibəsi iştirakçısı olmuş əməkdaşları Şuşaya səfər edib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Vətən müharibəsi iştirakçısı olmuş əməkdaşlarının Şuşaya səfəri təşkil olunub.

“Birxeber” bu barədə SOCAR-a istinadən xəbər verir.

Məlumata görə, Şuşa qalasının qarşısında SOCAR-ın əməkdaşlarını Bülbülün ev muzeyinin direktoru Fəxrəddin Hacıbəyli salamlayıb. O, hər azərbaycanlının 30 il mədəniyyətimizin beşiyi olan Şuşanı görmək həsrəti ilə yaşadığını, 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Şuşanı işğaldan azad etdiyini, bu həsrətə son qoyduğunu vurğulayıb. Şuşada böyük quruculuq işlərinin aparıldığını bildirən F.Hacıbəyli xalqımıza məxsus tarixi abidələrin, milli mədəniyyət nümunələrinin bərpa edildiyini diqqətə çatdırıb.

SOCAR-ın əməkdaşı, Cəbrayılın, Füzulinin və Şuşanın azad olunmasına görə medalları ilə təltif edilmiş Samir Əsgərov çıxışında Vətən müharibəsində iştirakından şərəf duyduğunu qeyd edib, keçdiyi döyüş yolundan, rəşadətli ordumuzun qəhrəmanlığından danışıb. O, Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi ilə qüdrətli Azərbaycan ordusunun əzəli və əbədi torparlarımızı işğaldan azad etdiyini, Azərbaycan xalqının ən böyük arzusuna qovuşduğunu ifadə edib.

Səfər çərçivəsində tədbir iştirakçıları dahi bəstəkar Üzeyir Hacıbəylinin abidəsini ziyarət edib, burada neftçilərdən ibarət “Dalğa” instrumental ansamblının ifasında Qarabağa, Şuşaya həsr edilmiş kompozisiyanı, eyni zamanda “SOCAR Könüllüləri”nin səsləndirdiyi Vətən müharibəsi haqqında şeiri dinləyiblər.

Şuşa Bəyannaməsinin imzalandığı ərazidə bərpa-quruculuq işləri ilə tanış olan tədbir iştirakçıları, daha sonra Üzeyir Hacıbəylinin, Xurşidbanu Natəvanın və Bülbülün büstlərini, həmçinin Molla Pənah Vaqifin büstünü və məqbərəsini ziyarət edib, Cıdır düzündə olublar.

Sonda SOCAR əməkdaşları Şuşada bişirilən Qala çörəyinin dadına baxıblar.

Energetika Energetika
"Azəriqaz" daha 4 rayonda "Açıq mikrofon" aksiyası keçirəcək

"Azəriqaz" daha 4 rayonda "Açıq mikrofon" aksiyası keçirəcək

Energetika Energetika
Azərbaycanda istilik sahəsi üzrə yeni cərimələr tətbiq ediləcək

Azərbaycanda istilik sahəsi üzrə yeni cərimələr tətbiq ediləcək

Energetika Energetika
Azərbaycan neftinin qiyməti 79 dollara yaxınlaşır

Azərbaycan neftinin qiyməti 79 dollara yaxınlaşır

Energetika Energetika
SOCAR və “Özbəkneftqaz” birgə müəssisəsinin yaradılmasını nəzərdən keçirir

SOCAR və “Özbəkneftqaz” birgə müəssisəsinin yaradılmasını nəzərdən keçirir

Energetika Energetika
Avropa Komissiyası Tacikistanın enerji sektoruna dəstək üçün 10 milyon avro ayıracaq

Avropa Komissiyası Tacikistanın enerji sektoruna dəstək üçün 10 milyon avro ayıracaq

Energetika Energetika
Hesablama Palatası Naxçıvan Energetika Xidmətində yoxlamalar aparır

Hesablama Palatası Naxçıvan Energetika Xidmətində yoxlamalar aparır

Energetika Energetika
Fatih Birol: “Neft və qaz istehsalçıları bu il 2 trilyon dollarlıq misli görünməmiş mənfəət əldə edəcək”

Fatih Birol: “Neft və qaz istehsalçıları bu il 2 trilyon dollarlıq misli görünməmiş mənfəət əldə edəcək”

Energetika Energetika
SOCAR-ın yanacaqdoldurma məntəqəsində tingpaylama aksiyası keçirilib

SOCAR-ın yanacaqdoldurma məntəqəsində tingpaylama aksiyası keçirilib

Energetika Energetika
Ötən il Azərbaycanda hasil edilmiş neftin 81 %-i, qazın 48 %-i ixrac edilib

Ötən il Azərbaycanda hasil edilmiş neftin 81 %-i, qazın 48 %-i ixrac edilib

Energetika Energetika
“Azəriqaz”ın sahibkarlarla növbəti görüşü Yevlaxda keçiriləcək

“Azəriqaz”ın sahibkarlarla növbəti görüşü Yevlaxda keçiriləcək

Energetika Energetika
Sabah “Azəriqaz”da media və QHT nümayəndələri ilə görüş olacaq

Sabah “Azəriqaz”da media və QHT nümayəndələri ilə görüş olacaq

Energetika Energetika
Avropa qışda qaz çatışmazlığı ilə üzləşə bilər

Avropa qışda qaz çatışmazlığı ilə üzləşə bilər