Afrika Millətlər Kubokunun rəmzi komandası açıqlanıb

Afrika Millətlər Kubokunun rəmzi komandası açıqlanıb

Afrika Millətlər Kubokunun rəmzi komandası bəlli olub.

"Report" yarışın Təşkilat Komitəsinə istinadən xəbər verir ki, "11-lik"də 4-3-3 taktiki sxeminə üstünlük verilib.

Qapıçı: Ronven Uilyams (Cənubi Afrika Respublikası)

Müdafiəçilər: Villiam Troost-Ekonq, Ola Ayna (hər ikisi Nigeriya), Gisleyn Konan (Kot-d İvuar), Şansel Mbemba (Konqo DR)

Yarımmüdafiəçilər: Teboho Mokoena (Cənubi Afrika Respublikası), Jan Seri, Frank Kessye (hər ikisi Kot-d İvuar)

Hücumçular: Yoan Vissa (Konqo DR), Ademola Lukman (Nigeriya), Emilio Nsue (Ekvatorial Qvineya)

Qeyd edək ki, Kot-d İvuarda keçirilən yarışın finalında meydan sahibləri Nigeriyaya qalib gələrək titula sahib çıxıblar.