Ötən ay Azərbaycanda restoranlara 147 mln. manat xərclənib

Ötən ay Azərbaycanda restoranlara 147 mln. manat xərclənib

2024-cü ilin yanvar ayında ictimai iaşə dövriyyəsi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,7% artaraq 146,9 milyon manat olub.

Bu barədə “Birxeber.Az-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edilib ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,5%-i hüquqi şəxslərin, 49,5%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2023-cü ilin yanvar ayı ilə müqayisədə 10% artaraq 73,4 milyon manat olub.