Ölkədə qızıl və gümüş istehsalı azalıb

Ölkədə qızıl və gümüş istehsalı azalıb

2024-cü ilin yanvar ayında Azərbaycanda 125,3 kq qızıl istehsal olunub. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 30.9 faiz az istehsal deməkdir.

APA-Economics”in xəbərinə görə, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub. Belə ki, hazırda qızıl ehtiyatı 156.1 kiloqram təşkil edir.

Ötən ay ölkədə gümüş istehsalı 283.5 kiloqram təşkil edib. Bu da ötən ilin cari dövrü ilə müqayisədə istehsalın 8.2 faiz azalması deməkdir.

DSK-nın məlumatında qeyd olunur ki, hazırda ölkədə gümüş ehtiyatı 556.2 kiloqram təşkil edir.