“Miniboss Business School Baku”nun təşkilatçılığı ilə “Startap Forumu 2022” keçirilib - FOTO/VİDEO

“Miniboss Business School Baku”nun təşkilatçılığı ilə “Startap Forumu 2022” keçirilib - FOTO/VİDEO

Bu gün “Miniboss Business School Baku”nun təşkilatçılığı ilə “Startap Forumu 2022” keçirilib.

Bu, sayca ikinci Startap Forumudur. Ötən il keçirilən ilk Startap Forumundan fərqli olaraq, builki forumda bir sıra yeniliklər yer alıb. Ən əsas yeniliklərdən biri odur ki, ilk layihədə beş komanda iştirak edirdisə, bu dəfə komandaların sayı 12-yə qədər artırılıb.

Birxeber xəbər verir ki, bu barədə “oxu.az”a açıqlamasında “Miniboss Business School”un icraçı direktoru Elman Əliyev bildirib. Onun sözlərinə görə, hər il uşaqlar arasında bu cür startap layihələr keçirilir:

“Bu tədbir çərçivəsində komandalar öz yeni startap ideyalarını təqdim edirlər. Bu ideyalar münsiflər heyəti və investisiya şirkətləri tərəfindən dəyərləndirilir. Həmin komandalara müvafiq investisiya ayrılır. Komandalar üçüncü semester ərzində həmin məbləği öz ideyalarının reallaşdırılmasına sərf edirlər. Belə ki, komandalar milli çepionata qədər, yəni iyunun 15-dək artıq ideyalarının məhsullarını təqdim edirlər.

Bu layihədə altı yaşdan on dörd yaşa qədər “Miniboss Business School Baku”nun şagirdləri iştirak edirlər. Daha bir yenilik odur ki, ötən ildən fərqli olaraq, bu dəfə biz layihədə digər məktəblərin komandalarının iştirakına da şərait yaratmışıq”.

E.Əliyev onu da əlavə edib ki, ötən il komandaların təqdim etdikləri ideyalar arasında ayrılan maksimum investisiya 1500 manata yaxın olub:

“Bu il də münsiflər heyəti təqdim edilən ideyaları qiymətləndirdi. 12 komandanın irəli sürdüyü ideyalara müvafiq olaraq 450 manatdan 5000 manata qədər investisiyalar ayrıldı. İdeyalar arasında robotexnika, rəqəmsal, sosial, ticarət, keramika istehsalı və s. sahələrə dair startap layihələri təqdim edilib. Ötən il ən çox investisiya qazanan layihə beynəlxalq çempionatda üçüncü yer tutub. Bu, ilk startap layihə üçün çox böyük uğurdur”.

“MiniBoss Business School Baku”nun tədris proqramının tərkib hissəsi olan Startap Forumunun məqsədi uşaq və yeniyetmələri biznes ideyaların yaradılması üçün həvəsləndirmək, peşəkar mütəxəssislər tərəfindən bu ideyaların formalaşdırılmasına dəstək göstərilməsidir. Dəstək ideyaların layihə formasına salınması, məsləhət, təlim və digər istiqamətləri əhatə edir.

“MiniBoss Business School Baku”nun təsisçisi Nərminə Həsənova bildirib ki, hər ilin yaz ayında Startap Forumu keçirilir və burada uşaqlar öz ideyalarını investorların qarşısında təqdim edirlər:

“Qeyd edim ki, “MiniBoss Business School Baku” ilk Startap Forumu keçən ilin aprel ayında baş tutub. Bu il keçirilən foruma yalnız bizim məktəbin deyil, digər məktəblərin şagirdləri də qoşulublar. Məqsədimiz odur ki, uşaqlar müəyyən araşdırmalar aparmaqla biznes layihələrini prezentasiya şəklində nümayiş etdirsinlər. Təhsil aldıqları müddət ərzində uşaqların biznes potensialı, liderlik keyfiyyətləri, davranış qaydaları önə çəkilir. Onlara müxtəlif ustad dərsləri keçirilir, iqtisadi anlayışları və fərdi peşəkarlıq qabiliyyətləri də aşkarlanır. Ümid edirəm ki, bu gün təqdim edilən 12 layihənin hər biri gələcəkdə özünü uğurla doğruldacaq”.

Sonda münsiflər tərəfindən ən uğurlu layihələr seçilərək onlara qrant verilib.

Birxeber

QALEREYA
Video / Sosial Video / Sosial
“Miniboss Business School Baku”nun təşkilatçılığı ilə “Startap Forumu 2022” keçirilib - FOTO/VİDEO

“Miniboss Business School Baku”nun təşkilatçılığı ilə “Startap Forumu 2022” keçirilib - FOTO/VİDEO

Video / Sosial Video / Sosial
Azərbaycanda bu şəxslərin pensiyası 50 faiz artırıla bilər - VİDEO

Azərbaycanda bu şəxslərin pensiyası 50 faiz artırıla bilər - VİDEO

Video / Sosial Video / Sosial
Gəncədə toy karvanında ağ "07" ilə "avtoş"luq edənlər kimlərdir?

Gəncədə toy karvanında ağ "07" ilə "avtoş"luq edənlər kimlərdir?

Video / Sosial Video / Sosial
Bakıda göydən yağış əvəzinə niyə palçıq yağır? - VİDEO

Bakıda göydən yağış əvəzinə niyə palçıq yağır? - VİDEO

Video / Sosial Video / Sosial
Bakı Beynəlxalq Dəniz Ticarət Limanında yanğın təlimi - VİDEO

Bakı Beynəlxalq Dəniz Ticarət Limanında yanğın təlimi - VİDEO

Video / Sosial Video / Sosial
Bakıda hansı evlər sənədləşdirilməyəcək? - VİDEO

Bakıda hansı evlər sənədləşdirilməyəcək? - VİDEO

Video / Sosial Video / Sosial
Xırdalan şəhərinin mərkəzində avtobus və taksi sürücüləri arasında münaqişə yaşanır - VİDEO

Xırdalan şəhərinin mərkəzində avtobus və taksi sürücüləri arasında münaqişə yaşanır - VİDEO