Ermənistan Baş Qərargah rəisinə daha 2 müavin təyin edilib

Ermənistan Baş Qərargah rəisinə daha 2 müavin təyin edilib

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinə daha 2 müavin təyin edilib.

APA Ermənistan KİV-ə istinadən xəbər verir ki, Prezident Vaaqn Xaçatryanın fərmanı ilə bu postlara əvvəllər Mühəndis Qoşunları İdarəsinin rəisi vəzifəsini tutan Karen Qriqoryan və Baş Əməliyyat İdarəsinin rəisi Temur Şahnazaryan təyin edilib.

Qeyd edək ki, daha əvvəl Hərbi Akademiyanın rəisi polkovnik Artur Eroyan Baş Qərargah rəisinin müavini təyin edilib.