Britaniya qızılcaya qarşı peyvənd kampaniyasına başlayır

Britaniya qızılcaya qarşı peyvənd kampaniyasına başlayır

Böyük Britaniya böyük epidemiya fonunda qızılcaya qarşı peyvənd kampaniyasına başlayır.

“Birxeber.Az” xəbər verir ki, bu barədə xarici KİV-lər İngiltərənin səhiyyə xidmətinə (NHS England) istinadən məlumat yayıb.

Daha əvvəl bildirilib ki, 1990-cı illərdən indiyədək ən böyük qızılca epidemiyası Britaniyanın Qərbi Midlend bölgəsində qeydə alınıb və ölkədə fövqəladə vəziyyət elan edilib.

Qeyd olunur ki, bu kampaniya əvvəllər peyvənddən yayınan və ya peyvəndin iki dozasından birini qəbul etməyən şəxslərə yönəldiləcək.