Ərdoğan Misirdə rəsmi səfərdədir - YENİLƏNİB

Ərdoğan Misirdə rəsmi səfərdədir - YENİLƏNİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirdə rəsmi səfərdədir.

“Report” xəbər verir ki, onu Qahirə beynəlxalq hava limanında həmkarı Əbdülfattah Əl Sisi qarşılayıb.

Səfər çərçivəsində iki ölkə liderlərinin təkbətək görüşü olacaq.

Daha sonra onların birlikdə mətbuat konfransı keçirəcəkləri gözlənilir.

09:37

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 14-də Misirə rəsmi səfər edəcək.

“Report” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşəcək. Görüşdə ikitərəfli münasibətlər, İsrail-Fələstin münaqişəsi, habelə regional məsələlərin müzakirə olunacağı gözlənilir.

Liderlərin görüşündə ticarət, müdafiə, enerji və turizm kimi müxtəlif sahələrdəki imkanlar da qiymətləndiriləcək.

Qeyd edək ki, iki ölkə arasında diplomatik münasibətlər 12 il əvvəl Misirin o vaxtkı prezidenti Məhəmməd Mursinin devrilməsindən sonra pozulmuşdu.