Ulduz futbolçunun barmağı komanda yoldaşları ilə mübahisə zamanı çıxıb

Ulduz futbolçunun barmağı komanda yoldaşları ilə mübahisə zamanı çıxıb

İngiltərənin “Tottenhem” klubunun futbolçusu Son Xın Minin barmağı komanda yoldaşları ilə mübahisə zamanı çıxıb.

“Birxeber.Az” “Sun” nəşrinə istinadən xəbər verir ki, hadisə Cənubi Koreya yığmasının düşərgəsində olarkən baş verib.

Belə ki, şam yeməyində millinin bəzi oyunçuları stolüstü tennis oynamaq üçün yeməyi tez bitirib. Bundan narazılıq bildirən kapitan onların geri qayıtmalarını istəyib. Nəticədə futbolçular arasında mübahisə yaşanıb. Bu isə ulduz futbolçunun barmağının çıxmasına səbəb olub.

Qeyd edək ki, Cənubi Koreya yığması Asiya Kubokunun yarımfinalında İordaniyaya məğlub olaraq çempionluq şansını əldən verib.