Ermənistanda baş qərargah rəisinə daha iki müavin təyin edilib - YENİLƏNİB

Ermənistanda baş qərargah rəisinə daha iki müavin təyin edilib - YENİLƏNİB

Ermənistan ordusunda kadr dəyişiklikləri davam edir.

"Report" "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, Baş Qərargah rəisinin daha iki müavini, eləcə də ayrı-ayrı bölmələrin rəisləri təyin edilib.

Yeni “müavinlər” mühəndis qoşunlarının rəisi vəzifəsini tutan Karen Qriqoryan və Temur Şahnazaryan olub. Sonuncu eyni zamanda Baş Qərargahın Baş Əməliyyat İdarəsinin rəisi vəzifəsinə də təyin edilib.

Digər sərəncamla David Aleksanyan Baş Qərargahın döyüş hazırlığı şöbəsinə rəhbərlik edib. O, əvvəllər hərbi təlim hissələrindən birinə komandirlik edib. Sülhməramlı briqadanın da yeni komandiri var - Hamlet Levonyan. O, bu vəzifədə Hərbi Akademiyaya rəis təyin edilən Arsen Manqasaryanı əvəz edib.

V. Sarkisyan adına Baş Qərargahın Strateji Planlaşdırma İdarəsinə Armen Seyranyan rəhbərlik edirdi.

10:04

Ermənistan prezidenti Vaaqn Xaçaturyan silahlı qüvvələrin rəhbərliyində bir sıra mühüm təyinatlar edib.

"Report" "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, V.Sarkisyan adına Hərbi Akademiyanın rəisi polkovnik Artur Yeroyan Baş Qərargah rəisinin müavini təyin edilib.
Digər sərəncamla Ermənistan-Rusiya Birləşmiş Qoşunlar Qrupuna general-mayor Artak Budaqyan rəhbərlik edib.

Prezident, həmçinin Baş Qərargah rəisinin birinci müavini general-leytenant Kamo Koçuntsu tutduğu vəzifədən uzaqlaşdırıb.