2023-cü ildə doğulan üçəm və dördəmlərin sayı açıqlanıb

2023-cü ildə doğulan üçəm və dördəmlərin sayı açıqlanıb

2023-cü ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 112 620 doğulan körpə qeydə alınıb və 2022-ci illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 12,2-dən 11,1-ə düşüb.

APA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,9 faiz təşkil edib. Doğulanlardan 3410-u əkiz, 147-si üçəm, 4-ü isə dördəm olub.