Almaniyada yürüş-mitinqində İrandakı hakimiyyətin istefası tələb olunub

Almaniyada yürüş-mitinqində İrandakı hakimiyyətin istefası tələb olunub

Almaniyanın paytaxtı Berlində İrandakı hakimiyyətin istefası tələbi ilə keçirilən yürüş-mitinqi gecə saatlarına kimi davam edib.

“Birxeber”un Avropa bürosunun məlumatına görə, yürüş-mitinqi Berlinin “Böyük Ulduz” ("Großer Stern") meydanından start götürüb. Mitinqdə İrandakı hakimiyyət əleyhinə müxtəlif şüarlar səsləndirilib, hazırda həbsdə olan fəalların dərhal azadlığa buraxılması tələb olunub.

Yürüş-mitinqində Almaniyada yaşayan azərbaycanlılar da fəal iştirak ediblər. Uzun illərdir Almaniyada yaşayan aktivist Fərhad Məcidzadə bildirib ki, İrandakı hakimiyyət ölkəni yaşanmaz vəziyyətə gətirdiyindən, hər il minlərlə insan ölkəni tərk etmək məcburiyyətində qalır: “Basqıcı rejimin əlindən bezmişik. 22 yaşlı Məhsa Əmininin baş örtüyünə görə amansızcasına qətlə yetirilməsi son hədd idi. Artıq bundan sonra hakimiyyət İrandakı etirazların qarşısını ala bilməyəcək. Hökumətin istefasına nail olana qədər həm İranda, həm də kənarda etiraz yürüş-mitinqlərini davam etdirəcəyik. İstəyirik ki, məmləkətimizdə demokratik hökumət olsun”.

Onun sözlərinə görə, keçən həftə də paytaxt Berlində minlərlə insanın iştirakı ilə 22 yaşlı Məhsa Əminin İran əxlaq polisi tərəfindən öldürülməsinə etiraz olaraq aksiya keçiriblər: “Həmin aksiyaya gözlədiyimizdən də çox insan gəlmişdi. Qərara gəldik ki, şəhər rəhbərliyinə yenidən yürüş-mitinqi üçün müraciət edək. Sağ olsunlar, müraciətimizi qəbul etdilər və bizə Berlinin “Böyük Ulduz” ("Großer Stern") meydanında yer ayrıldı. Bugünkü yürüş-mitinqinə təkcə Almaniyada yox, Avropanın digər ölkələrində yaşayan həmvətənlərimiz də qoşulub”.

F.Məcidzadə qeyd edib ki, növbəti yürüş-mitinqlərini Avropanın digər şəhərlərində keçirməyi planlaşdırırlar.

Digər ölkələr Digər ölkələr
Çinin Rusiya ilə ticarət kəsiri rekord həddə çatıb

Çinin Rusiya ilə ticarət kəsiri rekord həddə çatıb

Digər ölkələr Digər ölkələr
AEBA Zaporojye AES ətrafında təhlükəsizlik zonası ilə bağlı dialoqu davam etdirir

AEBA Zaporojye AES ətrafında təhlükəsizlik zonası ilə bağlı dialoqu davam etdirir

Digər ölkələr Digər ölkələr
Pərviz Müşərrəf vəfat edib

Pərviz Müşərrəf vəfat edib

Digər ölkələr Digər ölkələr
Şarl Mişel: “Aİ ölkələri silahlanma xərclərini artırmağa məcburdur”

Şarl Mişel: “Aİ ölkələri silahlanma xərclərini artırmağa məcburdur”

Digər ölkələr Digər ölkələr
Yəməndə partlayışlar olub, ölənlər var

Yəməndə partlayışlar olub, ölənlər var

Digər ölkələr Digər ölkələr
Çində qar uçqunu nəticəsində 28 nəfər ölüb

Çində qar uçqunu nəticəsində 28 nəfər ölüb

Digər ölkələr Digər ölkələr
Ukrayna XİN: “19 ölkə Qolodomoru ukraynalıların soyqırımı kimi tanıyıb”

Ukrayna XİN: “19 ölkə Qolodomoru ukraynalıların soyqırımı kimi tanıyıb”

Digər ölkələr Digər ölkələr
ABŞ: Rusiya atəşkəsdən qoşunlarını yenidən cəmləşdirmək üçün istifadə edir

ABŞ: Rusiya atəşkəsdən qoşunlarını yenidən cəmləşdirmək üçün istifadə edir

Digər ölkələr Digər ölkələr
Zelenskinin nümayəndəsi: "Rusiyanın Ukrayna taxılının daşınmasına mane olmaması üçün BMT bütün rıçaqlardan istifadə etməlidir"

Zelenskinin nümayəndəsi: "Rusiyanın Ukrayna taxılının daşınmasına mane olmaması üçün BMT bütün rıçaqlardan istifadə etməlidir"

Digər ölkələr Digər ölkələr
Meksikada oğurlanan ABŞ vətəndaşlarından 2-si ölü tapılıb

Meksikada oğurlanan ABŞ vətəndaşlarından 2-si ölü tapılıb

Digər ölkələr Digər ölkələr
Blinken Münxendə çinli həmkarı ilə görüşüb, Pekinə xəbərdarlıq edib

Blinken Münxendə çinli həmkarı ilə görüşüb, Pekinə xəbərdarlıq edib

Digər ölkələr Digər ölkələr
İspaniya britaniyalı ekipajın olduğu qayıqdan 4 tondan çox narkotik maddə ələ keçirib

İspaniya britaniyalı ekipajın olduğu qayıqdan 4 tondan çox narkotik maddə ələ keçirib