Ötən ay metrodan istifadə edənlərin sayı azalıb

Ötən ay metrodan istifadə edənlərin sayı azalıb

2024-cü ilin yanvar ayında nəqliyyatçılar 145,6 milyon sərnişinə xidmət göstərib. Sərnişinlərin 87,5 faizi avtomobil nəqliyyatı, 11,8 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb. Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 0,3 faiz azalaraq 17,3 milyon nəfər olub.

APA-Economics”in xəbərinə görə, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub.

Belə ki, nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 9,3 milyon ton yük, 127,5 milyon sərnişin daşınmış və əvvəlki ilin yanvar ayı ilə müqayisədə müvafiq olaraq 6,7 faiz və 5,9 faiz artım qeydə alınıb: “Sərnişinlərin 95,4 faizi avtobus, 4,6 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 8,5 faiz, sərnişin dövriyyəsi isə 6,9 faiz artıb”.