Azərbaycanın dövlət büdcəsinin profisiti 32 % azalıb

Azərbaycanın dövlət büdcəsinin profisiti 32 % azalıb

Bu ilin yanvar ayında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 3 milyard 465,9 milyon manat, xərcləri isə 1 milyard 723,7 milyon manat təşkil edib.

“Birxeber.Az” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 13,5 % az və 18,2 % çoxdur.

Son nəticədə ötən ay büdcədə 1 milyard 742,2 milyon manat profisit yaranıb. Bu isə 1 il əvvələ nisbətən 31,6 % azdır.