"Murov" liderliyini möhkəmləndirib, "Neftçi" qələbə qazanıb

"Murov" liderliyini möhkəmləndirib, "Neftçi" qələbə qazanıb

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IV dövrəyə start verilib.

"Birxeber"un məlumatına görə, XVI turun ilk matçında "Neftçi" MOİK-i 3:2 (23:25, 25:21, 25:22, 22:25, 15:9) hesabı ilə üstələyib.

Günün ikinci görüşündə isə "Murov" "Ekspress"ə şans verməyib - 3:0 (25:12, 25:22, 25:14).

Xallarının sayını 35-ə çatdıran "Murov" liderliyini daha da möhkəmləndirib. "Neftçi" 30 xalla 2-ci, MOİK 22 xalla 3-cü yerdədir. "Ekspress" 6 xalla 4-cü, "Sərhədçi" isə 3 xalla sonuncu - 5-cidir.