Kreml Ukraynanın Rusiya hərbi gəmisinə dronla zərbə endirməsini şərh etməyib

Kreml Ukraynanın Rusiya hərbi gəmisinə dronla zərbə endirməsini şərh etməyib

Kreml Ukrayna Silahlı Qüvvələrinin Qara dənizdə Rusiya hərbi gəmisinə dronla zərbə endirməsini şərh etməkdən imtina edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, bu xüsusi hərbi əməliyyatın gedişi ilə əlaqəlidir və buna şərh vermək Rusiya Müdafiə Nazirliyinin səlahiyyətində olan məsələdir.

Qeyd edək ki, Rusiyanın Qara dənizdəki böyük desant gəmisi "Sezar Kunikov" Ukraynaya məxsus PUA ilə vurulub. “Ukrayinska Pravda” nəşrinin məlumatına görə, gəmi batıb.