Qəzza zolağında ölən fələstinlilərin sayı 28 576-ə yüksəlib

Qəzza zolağında ölən fələstinlilərin sayı 28 576-ə yüksəlib

Qəzza zolağında ölən fələstinlilərin sayı 28 576 nəfərə yüksəlib.

APA xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına əsasən, ötən il 7 oktyabrdan indiyə qədər 28 576 nəfər fələstinli öldürülüb, 68 291 isə yaralanıb.

Həmçinin əlavə olunub ki, təkcə son 24 saat ərzində İsrail ordusu tərəfindən Qəzzada həyata keçirilən hərbi əməliyyatlar nəticəsində 103 nəfər ölüb, 145 nəfər isə yaralanıb.