Ukraynada öldürülən Fransa muzdlularının sayı açıqlanıb

Ukraynada öldürülən Fransa muzdlularının sayı açıqlanıb

Rusiya-Ukrayna müharibəsi başlayandan bəri 300-dən çox fransalı muzdlu döyüş əməliyyatlarında iştirak etmək üçün Ukraynaya gəlib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə məlumatlı mənbə RİA Novosti-yə bildirib.

Mənbənin sözlərinə görə, onlardan bəziləri Fransa quru qüvvələrinin 11-ci hava desant briqadasının Xarici legionunun 2-ci paraşüt alayında (Korsika adasındakı Kalvi qəsəbəsi) xidmət edib.

Agentliyin həmsöhbəti qeyd edib ki, döyüşlərdə 130-a yaxın fransalı muzdlu öldürülüb, 170-ə qədər muzdlu isə Ukraynanı tərk edib.

“Bu ilin yanvar ayına olan məlumata görə, xüsusi hərbi əməliyyat zonasında Fransadan olan 50 döyüşçü olub”, - deyə mənbə əlavə edib.