Qazaxıstan Prezidenti Qətərdə səfərdədir

Qazaxıstan Prezidenti Qətərdə səfərdədir

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qətərə dövlət səfəri edib.

APA xəbər verir ki, bu barədə Qazaxıstan Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Səfər çərçivəsində Tokayevlə Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani arasında görüş keçirilib. Tərəflər ölkələrarası qarşılıqlı münasibətləri və regional məsələləri müzakirə ediblər.