Baş katib: Bu il 18 NATO müttəfiqinin müdafiə xərcləri ÜDM-nin 2%-nə çatacaq

Baş katib: Bu il 18 NATO müttəfiqinin müdafiə xərcləri ÜDM-nin 2%-nə çatacaq

Bu il NATO müttəfiqlərindən 18-nin müdafiə xərcləri ÜDM-nin 2%-nə çatacaq.

Birxeber.Az xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq alyansın müdafiə nazirlərinin fevralın 15-də keçiriləcək iclasından əvvəl mətbuat konfransında deyib.

"Mən 18 müttəfiqin bu il ÜDM-nin 2%-ni müdafiəyə xərcləyəcəyini gözləyirəm. Bu, rekord rəqəmdir", - Baş katib bildirib.

O əlavə edib ki, NATO-ya üzv Avropa dövlətləri bu il müdafiə sahəsinə ümumilikdə 380 milyard dollar sərmayə qoyacaqlar.

Stoltenberqin sözlərinə görə, 2014-cü ildən bəri Avropa müttəfiqləri və Kanada müdafiə sahəsinə 600 milyard ABŞ dolları xərcləyib:

“Biz 2023-cü ildə qeydə alınmamış səviyyədə artım gördük, NATO-nun Avropa müttəfiqləri və Kanadada bu xərclər 11 faiz artıb. Avropa müttəfiqləri müdafiə xərclərində və 2 faizlik hədəfə çatmaqla bağlı ciddi irəliləyişlər əldə etsə də, bəzi müttəfiqlərin hələ qət edəcəyi məsafə var. Çünki biz Vilnüs sammitində razılaşma əldə etdik ki, bütün üzvlər müdafiə xərclərini ÜDM-nin 2 faizinə çatdırmalıdır və 2 faiz hələ minimum səviyyədir”.