Qar uçqunlarına həsr olunmuş taktiki-xüsusi təlim keçirilib - FOTO

Qar uçqunlarına həsr olunmuş taktiki-xüsusi təlim keçirilib - FOTO

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin xilasediciləri iştirakı ilə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyinə həsr olunan taktiki-xüsusi təlim keçirilib.

Birxeber.Az-nın Naxçıvan bürosu xəbər verir ki, “Qar uçqunlarının nəticələrinin aradan qaldırılması zamanı axtarış-xilasetmə işlərinin aparılması, hərəkət marşrutlarında uçmuş, dağılmış yollardan keçidlərin açılması, idarəetmənin və qarşılıqlı əlaqənin təşkili” mövzusunda keçirilən təlimin məqsədi beynəlxalq təlimlərdə qazanılan təcrübənin tətbiqi və peşəkarlığın artırılması olub.

Nахçıvаn Muхtаr Rеspublikаsının Fövqəladə Hallar Nazirliyi tərəfindən, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin, Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən təlimdə əvvəlcə hazırlıq məqsədilə Mülki Müdafiə Alayında qərargah məşqi keçirilib, müvafiq tapşırıqlar verilib.

Təlimin ssenarisinə əsasən “112” qaynar telefon xəttinə şərti olaraq qar uçqunu nəticəsində mülki vətəndaşların qarın altında qalması ilə bağlı məlumatı daxil olub. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi tərəfindən hərbi hissə növbətçisinə verilən məlumata uyğun olaraq şəxsi heyətə həyəcan siqnalı verilib. Öncə şəxsi heyətə təlimin məqsədi çatdırılıb, təhlükəsizlik qaydalarına riayət etmələri barədə təlimatlandırılıb, texnikaların və xüsusi təyinatlı cihaz və avadanlıqların hazırlığını yoxlanılıb. Şərti olaraq dağlarda qar uçqununun yaranması ilə qar altında qalan insanların axtarışının aparılması üçün bölmələr hadisə rayonuna yürüş keçirib.

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hərəkət marşrutunda qar uçqunundan bağlanan yolların açılıb və hərəkətin bərpası təmin edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən isə qarın həcmi, havanın temperaturu yoxlanılıb.

Hadisə yerində ərazinin vizual kəşfiyyatı aparılıb, xilasetmə işlərinin aparılması üçün idarəetmə təşkil olunub. Sonra beynəlxalq təlimlərdə təcrübə qazanan xilasedici və kinoloqlar xüsusi təyinatlı itlərlə, biper axtarış aparatı və şuplar vasitəsilə qar uçqunu altında qalan insanların axtarışını həyata keçirib, zərərçəkənlərin sayını və yerlərini dəqiq müəyyənləşdiriblər.

Aparılan əməliyyatlarla bağlı fasiləsiz məlumat mübadiləsi həyata keçirilib. Bölmələrin operativ idarə edilməsi məqsədilə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi və hərbi hissənin qərargahı aidiyyatı qurumlarla qarşılıqlı fəaliyyət göstərib.

Xilasedicilər keçilməsi mümkün olmayan və təhlükə yarana biləcək dağlıq ərazilərdə zərərçəkənləri qar kütləsi altından çıxararaq yerindəcə ilk yardım göstəriblər. Zərərçəkənlərin tibb məntəqəsinə təxliyəsi edilib. Tibb məntəqəsində həyat əlamətləri qiymətləndirilən zərərçəkənlərə ilk və həkiməqədərki tibbi yardım göstərilib. Ağır xəstələr isə Şahbuz rayon Mərkəzi Xəstəxanasına cəlb olunub.

90-a yaxın şəxsi heyətin, 10-dan artıq texnikanın cəlb olunduğu təlim təhlükəsizlik qaydalarına əməl edilməklə başa çatdırılıb və qarşıya qoyulan məqsədlərə nail olunub.

Təlimi Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar naziri, general-mayor Şahin Mirzəyev izləyib.