Azərbaycan Yunanıstandan əczaçılıq məhsullarının idxalını azaldıb

Azərbaycan Yunanıstandan əczaçılıq məhsullarının idxalını azaldıb

2023-cü ildə Yunanıstandan Azərbaycana 420 min 130 ABŞ dolları dəyərində əczaçılıq məhsulları ixrac olunub.

“Report” Birləşmiş Millətlər Təşkilatının “COMTRADE” beynəlxalq ticarət məlumat bazasına istinadən xəbər verir ki, bu, 2022-ci ilə nisbətən 67 % azdır.

Qeyd olunub ki, Yunanıstandan Azərbaycana əczaçılıq məhsullarının ixracı son 2 ildə azalma tendensiyası ilə davam edib. Yunanıstandan Azərbaycana əczaçılıq məhsullarının ixracı ən çox 2013-cü ildə qeydə alınıb (1 milyon 870 min ABŞ dolları).