Ötən il Azərbaycandan 121 ölkəyə məhsul ixrac olunub

Ötən il Azərbaycandan 121 ölkəyə məhsul ixrac olunub

Ötən il Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 193 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 121 ölkəyə məhsul ixrac olunub.

Birxeber.Az-Economics”in Dövlət Statistika Komitəsinə istinadən xəbərinə görə, ötən il 184 ölkədən məhsul idxal olunub.

Qeyd olunub ki, 2023-cü ildə ölkənin xarici ticarət dövriyyəsi 44868,5 milyon ABŞ dolları təşkil edib.