Yaxın Şərqdə münaqişənin hazırkı mərhələsi başlayandan bəri 125-ə yaxın jurnalist həyatını itirib

Yaxın Şərqdə münaqişənin hazırkı mərhələsi başlayandan bəri 125-ə yaxın jurnalist həyatını itirib

Yaxın Şərqdə münaqişənin hazırkı mərhələsi başlayandan bəri 125-ə yaxın jurnalist həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə BMT Baş Assambleyasının 78-ci sessiyasının prezidenti, Trinidad və Tobaqonun sabiq Baş naziri və BMT yanında daimi nümayəndəsi Dennis Frensis (Dennis Francis) "X" hesabında yayıb.

O, sözügedən dövr ərzində çoxlu sayda insanın ağır yaralandığını da diqqətə çatdırıb.

"Beynəlxalq hüquqla qorunan və bizi xəbərdar edən jurnalistlərə qarşı edilən bütün hücumları qətiyyətlə pisləyirəm", - deyə D. Frensis əlavə edib.

Qeyd edək ki, ötən il oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həmin gün ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.