Bakıda kafedə bıçaqlanma olub.
Birxeber xəbər verir ki, hadisə Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən kafedə qeydə alınıb.
Şəhər sakini Türkel Abdullayev tanışı, 1994-cü il təvəllüdlü Orxan Səmədovu bıçaqlayıb.
Faktla bağlı cinayət işi başlanılıb.