Ukrayna Qara dənizdə Rusiyanın desant gəmisinə dron zərbəsi endirib

Ukrayna Qara dənizdə Rusiyanın desant gəmisinə dron zərbəsi endirib

Ukrayna Qara dənizdə Rusiya donanmasına məxsus desant gəmisinə dron zərbəsi endirib.

Birxeber.Az "Reuters"ə istinadən xəbər verir ki, Ukrayna KİV-i Krımın cənub sahillərində üzən gəmidən tüstü qalxmasını, həmçinin dəniz üzərində uçan helikopterlərin əks olunduğu görüntülər paylaşıb.

Ukraynalı deputat Aleksey Qonçarenko USQ tərəfindən hədəfə alınmış gəminin Rusiyanın 2008-ci ildə Gürcüstandakı hərbi əməliyyatlarında iştirak etmiş "Sezar Kunikov" desant gəmisi olduğunu bildirib.

Ukrayna ordusunun Baş Qərargahı Rusiya hərbi gəmisinin vurulması faktını təsdiqləyib.

Ukrayna Müdafiə Nazirliyinin adı açıqlanmayan rəsmisi CNN-ə açıqlamasında hərbi gəmiyə hücum zamanı "Magura" suüstü dronlarından istifadə edildiyini və gəminin təmiredilməz hala salındığını bildirib.