KTMT Tacikistanla sərhəddə İŞİD döyüşçülərinin sayının artdığını bildirib

KTMT Tacikistanla sərhəddə İŞİD döyüşçülərinin sayının artdığını bildirib

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Tacikistanın cənub sərhədində İŞİD döyüşçülərinin sayının artdığını bildirib.

APA xəbər verir ki, bunu KTMT-nin Birləşmiş Qərargah rəisi general-polkovnik Andrey Serdyukov brifinq zamanı bildirib.

Serdyukov qeyd edib ki, İŞİD, “Əl-Qaidə” və digər beynəlxalq terrorçu, ekstremist təşkilatlar Mərkəzi Asiya regionunda sabitliyə əsas təhlükə mənbəyidir.

Həmçinin əlavə olunub ki, Tacikistanın cənub sərhədi yaxınlığında İŞİD-in Əfqanıstan qolu – “Vilayət Xorasan” və Taliban hərəkatının Pakistan qolunun silahlılarının sayının artması müşahidə olunur.