İndoneziyanın müdafiə naziri prezident seçkilərində liderlik edir

İndoneziyanın müdafiə naziri prezident seçkilərində liderlik edir

İndoneziyada keçirilən prezident seçkilərində müdafiə naziri Prabovo Subianto 59,7 faiz səslə liderlik edir.

Birxeber.Az TASS-a istinadən xəbər verir ki, bu barədə "İndikator" sosioloji mərkəzi məlumat yayıb.

Rəsmi rəqəmlərin daha sonra açıqlanması gözlənilir və bütün səslərin hesablanması bir neçə həftə çəkə bilər. İlkin nəticələr göstərir ki, Prabovo Subiantonun rəqibləri - keçmiş Cakarta qubernatoru Basvedan Anis və Mərkəzi Yavanın keçmiş qubernatoru Ganjar Pranovo müvafiq olaraq 23,38% və 16,9% səs toplayıb.