İlin ən yaxşı gənc futbolçusu bəlli olub
2022-ci ilin ən yaxşı gənc futbolçusunun adı məlum olub.
Birxeber apasport.az-a istinadən xəbər verir ki, Fransanın paytaxtı Parisdə keçirilən "Qızıl top"un təqdimetmə mərasimində "Kopa Trofi" də sahibini tapıb.
Bu mükafat İspaniya millisinin və "Barselona"nın yarımmüdafiəçisi Qaviyə verilib.
O, Kərim Adeyemi (Almaniya, "Borussiya" Dortmund), Cud Bellingem (İngiltərə, "Borussiya" Dortmund), Eduardo Kamavinqa (Fransa, "Real"), Rayan Qravenberx (Niderland, "Bavariya"), Yoşko Qvardiol (Xorvatiya, "Leypsiq"), Nuno Mendeş (Portuqaliya, PSJ), Camal Musiala (Almaniya, "Bavariya"), Bukayo Saka (İngiltərə, "Arsenal") və Florian Vitsi (Almaniya, "Bayer") qabaqlayıb.
Birxeber