Azərbaycan çempionatında 8 ildən sonra ilk yaşanıb

Azərbaycan çempionatında 8 ildən sonra ilk yaşanıb

Azərbaycan Premyer Liqasında 8 ildən sonra ilk yaşanıb.

“Birxeber.Az”un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, 2016-cı ildən bəri birinci dəfə bir oyunda 2 penalti qolla nəticələnməyib.

Bu, XXII turun “Zirə” – “Sumqayıt” görüşünə təsadüf edib. 0:0 hesabı ilə yekunlaşan qarşılaşmada meydan sahiblərindən Qismət Alıyev, qonaqlardan isə Rövlan Muradov 11 metrlik zərbədən yararlana bilməyib.

Bir matçda ən azı 2 penaltinin qolla nəticələnməməsi axırıncı dəfə 2015/2016 mövsümündə yaşanıb. 2016-cı il mayın 1-də “İnter” - “Sumqayıt” görüşündə (2:2) üç belə zərbə uğursuz alınıb. Nika Kvekveskiri qonaqları, Ağabala Ramazanov və Vaqif Cavadov meydan sahiblərini məyus edə bilməyiblər.