Zelenski informasiya müharibəsində qalib gəlməyin yolunu açıqlayıb

Zelenski informasiya müharibəsində qalib gəlməyin yolunu açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski informasiya müharibəsində qalib gəlməyin yolunu açıqlayıb.

“Birxeber.Az” UNIAN-a istinadən xəbər verir ki, o, bu barədə Polşanın Baş naziri Donald Tusk ilə birlikdə tələbələrlə görüşdə çıxışı zamanı deyib.

V. Zelenski söyləyib ki, Rusiya dezinformasiyaların yayılmasına böyük sərmayə qoyur: “Biz isə informasiya müharibəsində yalnız kəşfiyyat və analitika ilə qalib gələ bilərik. Hər şeyə kor-koranə etibar etməmək, hər şeyi yoxlamaq bacarığı lazımdır”.

Onun sözlərinə görə, bu gün informasiya məkanında çoxlu çirkab və nizamsızlıq hökm sürür.

V. Zelenski Ukrayna mediasının az-çox Rusiya dezinformasiyalarından təmizləndiyini diqqətə çatdırıb: “Amma təəssüf ki, bizdə hələ rus nağılına etibar edən media platformaları var”.

Dövlət başçısı ukraynalı tələbələrin Rusiyanın dezinformasiyalarını məğlub edə biləcəklərinə inamını ifadə edib: “Ən vacibi tənbəllik etməmək, nəticə çıxarmazdan əvvəl təhlil etməkdir”.