Xudafərin körpüsünün işğaldan azad olunmasından 2 il ötür - VİDEO

Xudafərin körpüsünün işğaldan azad olunmasından 2 il ötür - VİDEO
13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı.

44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

Bu gün - oktyabrın 18-i Cəbrayıl rayonunda yerləşən qədim Xudafərin körpüsünün və ətraf ərazilərin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edildiyi gündür.

Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Prezident İlham Əliyev bunu özünün rəsmi tviter səhifəsində bildirib.

2020-ci ilin oktyabrın 18-də Xudafərin körpüsü ilə yanaşı Cəbrayıl rayonunun daha iki yaşayış məntəqəsi - Hacılı kəndi və Hacı İsaqlı kəndi işğalçılardan azad edilib.

Azad olunanın ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb.

Qeyd edək ki, Azərbaycan memarlıq məktəbi üslubunda inşa olunmuş 11 tağlı Xudafərin körpüsü İran-Azərbaycan sərhədində, Araz çayı üzərində yerləşən XI-XII əsrlərə aid körpünün qalıqlarıdır. Körpü daşdan tikilmiş və yaxşı yonulmuş iri daş lövhələrlə üzlənib. Tədqiqatçılar onun XIII yüzildə, Elxanilərin (Hülakülər) hakimiyyəti illərində antik dövr körpüsünün qalıqları üzərində yenidən tikildiyi fikrindədirlər. Körpünün uzunluğu 130 metrə yaxın, eni 6 metr, çay səviyyəsindən hündürlüyü 12 metrdir. Hazırda üç orta tağı salamat qalıb, sahil tağları isə XX əsrin 30-cu illərində SSRİ-nin qərarı ilə dağıdılıb.

On beş tağlı Xudafərin körpüsü isə XIII əsrə aid edilir. Həmdullah Qəzvininin yazdığına görə, onu hicri təqvimi ilə on beşinci ildə (Miladi təqvimi ilə 639-cu il) Məhəmməd peyğəmbərin yaxın silahdaşı Bəkr ibn Abdullah tikdirib. Körpü tağlarının dayaqları təbii özüllər - qayalar üzərində ucaldığından aşırımlar müxtəlif ölçülü və sərbəst düzümlüdür. Bişmiş kərpic və çay daşlarından tikilmiş körpünün uzunluğu 200 metrə yaxın, eni 4, 5 metr, çay səviyyəsindən ən böyük hündürlüyü 12 metrdir.

Birxeber
Video / Siyasət Video / Siyasət
Azərbaycan hərbçiləri Laçında döyüş növbətçiliyində - VİDEO

Azərbaycan hərbçiləri Laçında döyüş növbətçiliyində - VİDEO

Video / Siyasət Video / Siyasət
“Haber Global”: “Azərbaycan Ermənistanın xain hücumlarına PUA-larla cavab verdi” - VİDEO

“Haber Global”: “Azərbaycan Ermənistanın xain hücumlarına PUA-larla cavab verdi” - VİDEO

Video / Siyasət Video / Siyasət
Prezidentin xüsusi nümayəndəsinin BAKU TV-yə müsahibəsi - VİDEO

Prezidentin xüsusi nümayəndəsinin BAKU TV-yə müsahibəsi - VİDEO

Video / Siyasət Video / Siyasət
Nensi Pelosi hələ ABŞ demək deyil - VİDEO

Nensi Pelosi hələ ABŞ demək deyil - VİDEO

Video / Siyasət Video / Siyasət
Zəngəzur dəhlizi niyə müzakirə olunmadı? - VİDEO

Zəngəzur dəhlizi niyə müzakirə olunmadı? - VİDEO

Video / Siyasət Video / Siyasət
“Üzbəüz”: Zəngəzur dəhlizi açıldıqdan sonra... - VİDEO

“Üzbəüz”: Zəngəzur dəhlizi açıldıqdan sonra... - VİDEO

Video / Siyasət Video / Siyasət
Azərbaycan Ordusunun tank heyətlərinin peşəkarlığı artırılır - VİDEO

Azərbaycan Ordusunun tank heyətlərinin peşəkarlığı artırılır - VİDEO

Video / Siyasət Video / Siyasət
Rövşən Əsgərov “Caliber”ə geniş müsahibə verib - VİDEO

Rövşən Əsgərov “Caliber”ə geniş müsahibə verib - VİDEO

Video / Siyasət Video / Siyasət
Azərbaycan Ordusunun snayperlərinin təlimi başlayıb - FOTO/VİDEO

Azərbaycan Ordusunun snayperlərinin təlimi başlayıb - FOTO/VİDEO

Video / Siyasət Video / Siyasət
XİN: “Ermənistanın cəzasız qalması yeni cinayətlərə yol açır” - VİDEO

XİN: “Ermənistanın cəzasız qalması yeni cinayətlərə yol açır” - VİDEO

Video / Siyasət Video / Siyasət
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO

Video / Siyasət Video / Siyasət
Ermənilərə Azərbaycan vətəndaşlığı necə veriləcək? - VİDEO

Ermənilərə Azərbaycan vətəndaşlığı necə veriləcək? - VİDEO