“Real” klubunun braziliyalı futbolçuları yubiley oyunlarını keçiriblər

“Real” klubunun braziliyalı futbolçuları yubiley oyunlarını keçiriblər

İspaniyanın “Real” klubunun braziliyalı futbolçuları Rodriqo və Vinisius Junior yubiley oyunlarını keçiriblər.

“Report” xəbər verir ki, bu, UEFA Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin “Leyptsiq”lə (Almaniya) səfər görüşünə təsadüf edib.

Rodriqo bununla “Kral klubu”nun heyətində 200-cü qarşılaşmasına çıxıb. Vinisius isə ÇL-də 50-ci oyununda iştirak edib. 23 yaş 216 günlüyündə bunu reallaşdıran Vinisius qitənin ən nüfuzlu klub turnirində bu həddə çatan ən gənc 5-ci oyunçudur. O, yalnız İker Kasilyas, Lionel Messi, Kilian Mbappe və Sesk Fabreqasdan geri qalır.

Qeyd edək ki, “Real” səfərdə 1:0 hesablı qələbə qazanıb. Komandalar arasında cavab görüşü martın 6-da Madriddə reallaşacaq.