ABŞ Rusiya ilə Ukraynadakı münaqişəni dayandırmaq barədə danışıqlar aparmadığını bildirib

ABŞ Rusiya ilə Ukraynadakı münaqişəni dayandırmaq barədə danışıqlar aparmadığını bildirib

Amerika Birləşmiş Ştatları Rusiya ilə Ukraynadakı münaqişənin dayandırılması ilə bağlı danışıqlar aparmayıb və bunu etməyəcək.

Birxeber.Az-nın Moskva müxbiri xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin RBK-nın "Reuters" agentliyinin "Vaşinqton Moskvanın Ukraynadakı münaqişənin dondurulması təklifini nəzərdən keçirməkdən imtina edib" məlumatına dair sorğusuna cavabında bildirilib.

“Biz “Ukraynasız Ukrayna haqqında heç nə” prinsipinə sadiqik. Biz Ukraynanın ərazisini verməyə məcbur edilməsini dəstəkləməzdik. Rusiya düşünə bilər ki, bu müharibəyə son qoymağın yolu Vaşinqtondan keçir. Bu, əlbəttə ki, doğru deyil”, - deyə ABŞ Dövlət Departamentinin cavabında qeyd olunub.

Qeyd edək ki, “Reuters” müzakirələrdən xəbərdar olan üç rusiyalı mənbəsinə istinadən "ABŞ vasitəçilərlə təmaslardan sonra Rusiyanın münaqişəni dondurmaq üçün Ukraynada atəşkəs haqqında təklifini rədd edib" xəbərini yayıb.

Agentliyin məlumatına görə, Rusiya prezidenti Vladimir Putin hazırkı təmas xətində münaqişənin dondurulmasını təklif edib və Rusiya Federasiyasının nəzarəti altına aldığı ərazilərin heç birini vermək istəməyib.

2023-cü ilin sonu və 2024-cü ilin əvvəlində müzakirələrlə tanış olan yüksək rütbəli Rusiya rəsmisi “Reuters” agentliyinə deyib ki, “amerikalılarla təmaslar heç bir nəticə verməyib”.