Azərbaycan boks millisi Türkiyədə təlim-məşq toplanışına qatılıb

Azərbaycan boks millisi Türkiyədə təlim-məşq toplanışına qatılıb

Qadın boksçulardan ibarət Azərbaycan millisi Türkiyədə təlim-məşq toplanışına qatılıb.

“Birxeber.Az” xəbər verir ki, yığma Olimpiya Təsnifat Turnirlərinə hazırlığı Trabzonda davam etdirir.

Toplanış fevralın 25-də başa çatacaq. Hazırlıqda məşqçilər İlkin Ağayevlə Viktoriya Rudenkonun rəhbərliyi altında Anaxanım İsmayılova, Marjona Savriyeva (hər ikisi 50 kq), Zeynəb Rəhimova (54 kq), Məhsəti Ağamaliyeva-Həmzəyeva (57 kq), Şəhla Allahverdiyeva (66 kq) və Aynur Rzayeva (75 kq) iştirak edirlər.

Boksçularımız Türkiyə, Mərakeş, Niderland, Qazaxıstan və Polşa yığmaları ilə birgə hazırlıq keçirlər. Toplanış çərçivəsində sınaq döyüşlərinin təşkili də nəzərdə tutulub.