Lizing şirkəti nizamnamə kapitalını artıracaq

Lizing şirkəti nizamnamə kapitalını artıracaq

18 mart 2024-cu il, saat 12:00-da lizinq xidmətləri göstərən "Legion Financial" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

APA-Economics” xəbər verir ki, ümumi yığıncaqda nizamnamə kapitalının artırılması məqsədilə səhmlərin əlavə buraxılışı məsələsi müzakirə ediləcək.

Qeyd edək ki, ümumi yığıncaq Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 25A ünvanında keçiriləcək.