“Neftçi” Futbol Mərkəzində inzibati binanın təmirinə başlanılıb

“Neftçi” Futbol Mərkəzində inzibati binanın təmirinə başlanılıb

“Neftçi” klubunun Bakıxanov qəsəbəsində yerləşən Futbol Mərkəzində inzibati binanın əsaslı təmir-bərpa işləri başlanıb.

“Report” xəbər verir ki, bu barədə Bakı klubu sosial şəbəkə vasitəsilə məlumat yayıb.

Bildirilib ki, binanın birinci mərtəbəsində fitnes, fizioterapiya, massaj, paltardəyişmə, videoanaliz üçün otaqlarda, eləcə də yeməkxana və hamam otağında tikinti işləri aparılır.