“Kapital Bank” səhmdarlarına dividend ödəyəcək

“Kapital Bank” səhmdarlarına dividend ödəyəcək

“Kapital Bank” ASC-nin 29 mart 2024-cü il saat 11.00-da səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

APA-Economics” xəbər verir ki, səhmdarların növbəti ümumi yığıncağında “Kapital Bank” ASC-nin 2023-cü ilin yekunlarına aid maliyyə hesabatlarının təsdiq olunması, “Kapital Bank” ASC tərəfindən 2023-cü ilin maliyyə ilinin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi, bankın müşahidə şurasının üzvü Fərid Məmmədovun növbəti dəfə müşahidə şurasının üzvü seçilməsi və digər məsələlər müzakirə ediləcək.

Qeyd edək ki, ümumi yığıncaq Bakı şəhəri, Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi 2 E nömrəli ünvanda yerləşən bankın ofisində 3-cü mərtəbə, iclas zalında keçiriləcək.